İranın dini ali lideri Müctəba Xamenei İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsinin qisasını alınacağına söz verib.
Bakupost.az xəbər verir ki, bu barədə Xameneinin mətbuat xidməti onun sözlərindən sitat gətirib.
O bildirib ki, Əli Laricaninin ölümünə dərindən kədərlənib:
“Belə bir şəxsiyyətin qətlə yetirilməsi onun əhəmiyyətinin miqyasından və rəqiblərinin ona olan nifrətindən xəbər verir. Hər qanın öz bədəli var ki, şəhidlərin qatilləri tezliklə onu ödəməli olacaqlar".
Qeyd edək ki, ötən gün İsrailin müdafiə naziri İsrail Katz Əli Laricaninin öldürüldüyünü elan edib.