UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha iki oyunu keçirilib.
Bakupost.az xəbər verir ki, hər iki qarşılaşmada meydan sahibləri qalib gəliblər.
F qrupunda İtaliya "Atalanta"sı İsveçrənin "Yanq Boyz" klubunu qəbul edib. Görüşün taleyini 1 qol həll edib. 66-cı dəqiqədə fərqlənən Matte Pessina Berqamo təmsilçisinə ilk qələbəsini qazandırıb.
H qrupunda isə Rusiya "Zenit"i evdə İsveç "Malmö"sünü darmadağın edib - 4:0. Sankt-Peterburq klubunun heyətində qolları 9-cu dəqiqədə Klaudinyo, 49-cu dəqiqədə Daler Kuzyayev, 80-ci dəqiqədə Aleksey Sutormin və görüşün əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Vendel vurublar. 53-cü dəqiqədə qonaqların futbolçusu Anel Ahmedhodziç qırmızı vərəqə alaraq, meydandan qovulub.