Ru
11:25 / 24 Avqust 2026

Cərimədən yayınmaq üçün avtobusun arxasında gizləndi - VİDEO

Cərimədən yayınmaq üçün avtobusun arxasında gizləndi  - VİDEO
Eye

Dünən “Toyota Prado” markalı, 90-ZC-151 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün cəriməyə düşməmək üçün avtobusun arxasında hərəkət etməsini əks etdirən görüntülər paylaşmışdıq.

"Bakupost" xəbər verir ki, kadrlardan sürücünün yol hərəkəti qaydalarını pozaraq avtobusun arxasında yaxın məsafədə hərəkət etdiyi və bununla da yol kameralarının nəzarətindən yayınmağa çalışdığı görünür.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən açıqlama verilib.

İdarənin polis kapitanı Rüstəm Əhmədli Patrul.az-a bildirib ki, görüntülərdə əks olunan avtomobilin sürücüsü müəyyən edilərək barəsində qanunamüvafiq tədbir görülüb.

Beləliklə, cərimədən yayınmaq məqsədilə avtobusun arxasında hərəkət edən sürücünün bu üsulu nəticəsiz qalıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar