Rusiyada “Geely” markalı yeni Çin avtomobillərinin bir sıra modelləri sürücülərə ciddi çətinliklər yaradır: avtomobillərin mühərrikləri sıradan çıxır, bəzən sürücülər hərəkət zamanı idarəni itirirlər.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məsələn, Rostov-na-Donu şəhərində yaşayan bir avtomobil sahibi “Geely Cityray” krossoverini bu ilin avqustunda Çindən alıb. Avtomobili yalnız beş gün istifadə edib və təqribən 300 km yol qət edib. Lakin bir gün sürüş zamanı maşın qəfil sarsılıb və tüstülənməyə başlayıb.
Diagnostika zamanı mühərrikin sıradan çıxdığı müəyyən olunub. Avtomobil sahibindən yeni mühərrikin çatdırılması və dəyişdirilməsi üçün 3350 ABŞ dolları istənilib.
“Geely” şirkətinin müştəri xidmətindən avtomobil sahibinə tövsiyə edilib ki, hər hansı rəsmi salonla əlaqə saxlasın.
Bildirilib ki, avtomobili servis edəcək və Çindəki zavodla əlaqə saxlayacaq; əgər zavod qüsuru təsdiqlənərsə, zərərlər ödəniləcək. Lakin sahib iki fərqli servisdən də təmir üçün imtina cavabı alıb.
Bu, tək-tək hadisə deyil. Rusiya mənbələrinə görə, 2025-ci il istehsalı olan “Geely Monjaro” və “Geely Boyue Pro” modellərinin digər onlarla sürücüsü də mühərrik problemləri ilə qarşılaşıb.
“Geely” şirkəti avtomobil sahiblərinin müraciətlərindən xəbərdardır. Eyni zamanda şirkət bildirir ki, paralel idxal yolu ilə gətirilmiş avtomobillərə zəmanət xidməti göstərilmir və mühərriklərin sıradan çıxmasının səbəbi kimi Rusiya benzininin aşağı keyfiyyəti göstərilir.
Ayxan,
BakuPost