“Ermənistan Azərbaycanla perspektivli ticarət əlaqələrinin formalaşdırılması istiqamətində iş aparır”.
"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
Simonyanın sözlərinə görə, İrəvan ölkədə mövcud iqtisadi çətinlikləri aradan qaldırmağa və qonşu dövlətlərlə əməkdaşlığı genişləndirməyə çalışır:
“Ermənistan hazırda iqtisadi baxımdan çətin vəziyyətdədir, lakin şükür Allaha ki, Azərbaycanla ticarət münasibətlərinin inkişafında artıq müəyyən irəliləyişlər əldə olunur. Tərəflər arasında görüşlər getdikcə daha intensiv xarakter alır”.
Ermənistan rəsmisi ölkəsinin regiondakı digər dövlətlərlə də əməkdaşlığı və qarşılıqlı əlaqələri inkişaf etdirmək niyyətində olduğunu bildirib:
“Biz regionumuzda sadəcə işləyəcək və əməkdaşlıq edəcəyik”.