Ru
17:15 / 17 Sentyabr 2021

Çörəyin qiyməti ucuzlaşacaq

Çörəyin qiyməti ucuzlaşacaq
Eye

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq.


Bakupost.az -ın əldə etdiyi məlumata görə, sabahdan etibarən ölkə ərazisində çörəyin qiyməti ilə bağlı süni bahalaşma aradan qaldırılacaq. Belə ki, bir neçə gündür, çörəyin qiymətini qaldıran bəzi istehsalçılar məhsulun köhnə qiymət ilə satışını həyata keçirəcək. Artıq bununla bağlı həmin şirkətlərə müvafiq tapşırıqlar verilib.


Qeyd edək ki, bir sıra çörək istehsalçıları məhsulun qiymətini qaldırmışdı. Artıq 3 gündür, Bakıdakı marketlərdə “Çörəkçi” və “Nömrə 1” çörəkləri 5-10 qəpik baha satılmağa başlayıb.


Xatırladaq ki, Baş nazir Əli Əsədov ötən gün buğda və unun qiyməti ilə bağlı yeni qərar imzalayıb.


Ləman,

Baku Post




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar