Türkiyənin məşhur futbol şərhçisi Ertəm Şener Bakıda səfərdə olarkən Neftçinin yeni transferi Vinsent Abubakarla görüşüb və ondan müsahibə alıb.
Bakupost.az xəbər verir ki, idman jurnalisti bu barədə sosial şəbəkədəki səhifəsində məlumat verib və fotolarını paylaşıb.
““Neftçi” Bakı forması geyinən Abubakarla “YouTube” kanalı üçün möhtəşəm bir müsahibə çəkdim. Çox böyük səs-küy yaradacağına heç bir şübhəm yoxdur. Hər şeyi soruşdum və hər suala çox açıq şəkildə cavab aldım. Çox qısa zamanda yayımlayacağam”.
Şener “Neftçi” Bakı klubunun Baş direktoru cənab Cenk Sümerə qonaqpərvərliyinə görə minnətdarlığını bildirib: “Klubda əla bir baza və möhtəşəm bir struktur yaratmağa davam edir.
Təşəkkürlər, “Neftçi” Bakı.”
Qeyd edək ki, karyerasının 4 ilini Türkiyədə keçirən 33 yaşlı Kamerunlu hücumçu 3 mövsüm (2016-17, 2020-21, 2023-2024) “Beşiktaş”, 1 mövsüm isə (2024-25) “Hatayspor” klubunda forma geyinib.








Cavid, BakupPost