Ru
23:50 / 02 Avqust 2025

Dalış zamanı azıb, 5 gün sualtı mağarada qalan dalğıc son anda xilas edildi - FOTO

Dalış zamanı azıb, 5 gün sualtı mağarada qalan dalğıc son anda xilas edildi - FOTO
Eye

Çinin Hunan əyaləti heyrətamiz sağqalma hadisəsi baş verib. Belə ki, təcrübəli dalğıc çayın dibində ölümcül tələyə düşsə də, fərasəti sayəsində sağ qalmağı bacarıb.

Bakupost.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Bildirilir ki, Hunan əyalətindən olan 40 yaşlı Van sualtı üzgüçülük həvəskarı dostu ilə birlikdə dalmağa başladıqdan cəmi beş dəqiqə sonra itkin düşüb. Təxminən doqquz metr dərinliyə enən dalğıc kəşf edilməmiş sualtı mağaralar sisteminə giriş aşkar edib və tədqiqata aludə olaraq istiqamətini itirib.

Xoşbəxtlikdən mağara sisteminin içində hava cibi (kiçik məkanda nəfəs almağa imkan verən hava) aşkar edib. Bu, sonrakı günlərdə onun sağ qalmasına vəsilə olub.

Nəhayət beş gün sonra dalğıc axtarış qrupunun fənərlərindən gələn işığı görüb. Onun sözlərinin görə, xilasedicilərin onun ayaqları altından daha dərinlərə üzməsini görsə də, səsini eşitdirə bilməyib. Bundan sonra son gücünü toplayaraq, xilasedicilərə doğru üzüb və sualtı fənəri ilə onların diqqətini cəlb edib. Balonunda qalan cəmi 4% oksigenlə xilas olmağı bacarıb.

Vanın sözlərinə görə, bütün bu günlər ərzində o, təkcə soyuq və qaranlıqla deyil, həm də aclıqla mübarizə aparıb. Sağ qalmaq üçün o, mağaraya üzən balıqları tutub çiy yemək məcburiyyətində qalıb.

Dalış zamanı azıb, 5 gün sualtı mağarada qalan dalğıc son anda xilas edildi - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar