Ru
15:47 / 07 Fevral 2021

Deputatımızın biznes imperiyası: Nələri var? - FOTOLAR

9636
Qanunla deputatların bizneslə məşğul olmasının qadağan edilməsinə baxmayaraq, hələ də bəziləri iş fəaliyyətini davam etdirir. Hətta onların bir qismi ölkədə qurduqları biznes imperiyasını xaricdə də genişləndirməklə məşğuldurlar.

"Bakupost" xəbər verir ki, belə deputatlardan birinin də Ağalar Vəliyev olduğu iddia edilir. Belə ki, Azəraqrartikinti ASC sədri olan və mənzil biznesi ilə tanınan deputatın biznesi Gürcüstanda da geniş inkişaf edib.
“AS-AQRARŞMENİ” adı ilə Tiflisdə qeydiyyata alınan və qanuni təmsilçilik hüququ İmran Verdiyevə həvalə olunan həmin şirkət deputata məxsus şirkətlərdən biridir.

Hələ 2014-cü ildə deputatın Novxanıda çoxqübbəli və bir neçə milyon manat qiyməti olan villa tikdirdiyi bildirilirdi. Onun Gürcüstanda olan daha bir şirkəti isə oğlu Pərviz Vəliyevin adınadır. PZ Servis MMC-nin rəhbəri olan Pərviz Vəliyevin ötən il Kabuletidə otel və bir neçə başqa bina tikdirdiyi və buna görə qonşu ölkəyə 50 milyon dollar vəsait yatırdığı bildirilir.

Xaricdə atasının biznesini genişləndirən Pərviz Vəliyevin hazırda Azərbaycanda plastik pəncərələr istehsal edən fabriki, beton zavodu və “Mələk” ailə-uşaq əyləncə mərkəzi də var.

Həmçinin Pərviz Vəliyevin İstanbulun mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən dördulduzlu “Aybar” oteli, Ukraynada böyük biznes şəbəkəsinin də olduğu iddia edilir.
“Kristal Abşeron” MTK-nın sahibi kimi də tanınan Ağalar Vəliyev bəzi şirkətlərini qohumlarının adına açıb. Belə ki, onun Azital İnşaat MMC adlı şirkəti qardaşı oğlu Ramin Vəliyevin adınadır.
Ümumilikdə isə Vəliyevlər ailəsinin böyük biznes imperiyası mövcuddur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər