“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, qurumun əməkdaşları paytaxtın Nəsimi rayonu, küçəsində yerləşən, Volt Services Azərbaycan MMC-yə məxsus “Volt” marketdə, Nərimanov rayonu, A.Alı küçəsində yerləşən, Grand-Mart MMC-yə məxsus “Megastore” ticarət obyektində, həmçinin Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, Our Company MMC-yə məxsus “The Place” ictimai iaşə obyektində baxış keçiriblər.
Yoxlama zamanı yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı və istehlaka təqdim edildiyi aşkarlanıb. “Megastore” supermarketdə və “The Place” ictimai iaşə obyektində sanitariya norma və qaydalarının tələblərinin pozulduğu da müəyyən edilib.
Baxış zamanı aşkar olunan istehlaka yararsız ət və süd məhsulları, dondurulmuş yarımfabrikatlar, unlu məmulatlar və alkoqolsuz içkilər dövriyyədən çıxarılaraq məhv edilib. Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub.