ABŞ-də aparılan genişmiqyaslı araşdırmada diş çürüyünün inkişafını əhəmiyyətli dərəcədə yavaşladan yeni üsul müəyyən edilib.
“Bakupost” xəbər verir ki, Miçiqan Universitetinin tədqiqatında 6 yaşdan kiçik 830 uşaq iştirak edib. Onların çürük dişlərinə “gümüş diamin flüorid” tətbiq olunub.
Nəticələrə görə, məhlul tətbiq edilən uşaqların təxminən 50 faizində çürük irəliləməyib. “Plasebo” qrupunda isə bu göstərici 17 faiz olub.
Tədqiqatçılar bildirirlər ki, təxminən bir dəqiqə davam edən ağrısız prosedur xüsusilə kiçik uşaqlarda dolğu və daha geniş diş müalicələrinə ehtiyacı azalda bilər.
Lakin üsulun əsas mənfi tərəfi çürümüş diş toxumasının qara və ya tünd qəhvəyi rəngə çevrilməsidir.
Vüsalə Hüseynova,
BakuPost