Ru
16:56 / 22 Noyabr 2019

Diş həkimini intim münasibəti ilə şantaj edənlərə CƏZA KƏSİLDİ

2845
Bakıda diş həkimini şantaj etməkdə təqsirli Xəqani Əliyev, Əlizamin Əsgərov, Elnaz Mirzəyeva, Humay Əhmədova və Rizvan Şahmuradovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

BakuPost.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən Xəqani Əliyev 8 il, Rizvan Şahmuradov və Əlizamin Əsgərov 6 il müddətinə azadlıqdan məhrum edilib Ev dustaqlığında olan Elnaz Mirzəyeva barəsində şərti cəza təyin edilib. Humay Əhmədovanın isə himayəsində 14 yaşına çatmamış övladı olduğu üçün hökmün icrası təxirə salınıb.

Qeyd edək ki, iş üzrə zərərərçəkən İsmayıl Məmmədli yaşadığı ərazidə diş həkimi kimi fəaliyyət göstərib. Məhkəmədə o da aydın olub ki, onun heç bir ali təhsili yoxdur. İşin təfərrüatına gəlincə isə məlum olub ki, İsmayıl Məmmədli işlədiyi ofisə gələn Humay adlı qadınla münasibətdə olub. İsmayıl Məmmədli deyir ki, bu münasibət qarşılıqlı istəklə olub.

Lakin iş elə gətirib ki, sonradan İsmayıl Məmmədlidən bu hadisəni həmin qadının ailəsindən gizlətmək üçün 5 min manat tələb ediblər. Bu işdə əsas baş redaktor olduğu deyilən Xəqani Əliyevin adı keçir.


Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər