Ru
11:04 / 01 Aprel 2026

“Doktor Davud” klinikasından ittihamlara cavab: “İddialar əsassızdır”

“Doktor Davud” klinikasından ittihamlara cavab: “İddialar əsassızdır”
Eye

Yasamal rayonu ərazisində yerləşən “Doktor Davud” klinikasında guya ciddi nöqsanların aşkarlanması ilə bağlı yayılan məlumatlara sərt reaksiya verilib.

Bakupost.az xəbər verir ki, klinikanın direktoru Davud Qüdrətov bu iddiaları “məqsədli və əsassız qaralama kampaniyası” adlandırıb.

O bildirib ki, bəzi media orqanlarında səsləndirilən “ixtisasına uyğun fəaliyyət göstərməməsi” və klinikada ixtisaslı mütəxəssislərin olmaması ilə bağlı iddialar heç bir hüquqi sənədə və ya qüvvəyə minmiş məhkəmə qərarına əsaslanmır:

Davud Qüdrətov bildirir ki,
Fəaliyyətim aşağıdakı dövlət platformalarında rəsmi şəkildə əks olunub:
• Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin reyestrləri
• əmək münasibətlərini əks etdirən dövlət sistemləri
• vergi və maliyyə uçotu
• elektron səhiyyə və resept sistemləri
Bu sistemlərdə uzun illərdir:
• baş həkim
• və ailə həkimi (ümumi praktik həkim)
kimi qeydiyyatda olmağım fəaliyyətimin dövlət tərəfindən tanındığını və qəbul edildiyini birbaşa sübut edir. Ailə həkimi (family physician) bütün yaş qruplarına (uşaqlardan yaşlılara qədər) ümumi tibbi xidmət göstərən, xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasına məsul olan həkimdir (13 ixtisasi özündə birləşdirən multidissiplinar peşədir.

“Bu cür məlumatlar ictimaiyyəti çaşdırmağa yönəlmiş subyektiv yanaşmadır. Hüquqi dövlət prinsiplərinə görə, hər hansı ittiham yalnız rəsmi qərar və sübutlarla təsdiqlənməlidir”.

Davud Qüdrətov vurğulayıb ki, uzun illərdir fəaliyyəti dövlət qurumlarının nəzarəti altında həyata keçirilib və bütün müvafiq sistemlərdə rəsmi qeydiyyatdan keçib. Onun sözlərinə görə, ailə həkimi kimi sertifikasiyaya malikdir və bu çərçivədə geniş spektrli tibbi xidmət göstərmək hüququ var.

Klinika rəhbəri yoxlamalarla bağlı yayılan məlumatlara da münasibət bildirərək qeyd edib ki, əvvəlki illərdə tətbiq edilən inzibati cərimələrin hamisi məhkəmələr tərəfindən ləğv olunub:

“Bu fakt özü göstərir ki, irəli sürülən iddiaların böyük hissəsi hüquqi baxımdan əsassız olub”.

Laboratoriya və digər texniki məsələlərlə bağlı səsləndirilən iradlara toxunan Qüdrətov bunların da mübahisəli olduğunu və hüquqi müstəvidə qiymətləndirilməli olduğunu bildirib.

O, bəzi KİV-ləri ittiham edərək qeyd edib ki, məlumatlar birtərəfli qaydada təqdim olunur və qarşı tərəfin mövqeyinə yer verilmir:

“Bu, açıq şəkildə etik normaların pozulmasıdır və peşəkar jurnalistika prinsipləri ilə ziddiyyət təşkil edir”.

Qeyd edək ki, yayılan məlumatlarda Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama nəticəsində klinika ilə bağlı protokol tərtib edildiyi və məhkəmə qərarı ilə 6000 manat cərimə tətbiq olunduğu iddia edilir. Klinika rəhbərliyi isə bu iddiaların hüquqi əsaslarının olmadığını bildirir.

Elnur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar