Ru
12:37 / 14 Oktyabr 2026

Dönər ustası 40 kiloqram əti çölə atdı, AQTA hərəkətə keçdi

Dönər ustası 40 kiloqram əti çölə atdı,  AQTA hərəkətə keçdi
Eye

“Halal Food” MMC-dən aldığı toyuq ətinin keyfiyyətində ciddi nöqsanlar aşkar etdiyini bildirən dönər ustası, sahibkar Yusif Qardaşzadənin şikayəti araşdırılıb.

Məsələ ilə bağlı "Bakupost"un Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) ünvanladığı sorğudan və sahibkarın müraciətindən sonra agentlik tərəfindən MMC-yə məxsus toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Abbas Orucova məxsus obyektə baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərinin olmadığı, həmçinin digər nöqsanların mövcudluğu aşkarlanıb.

Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Yusif Qardaşzadə ötən gün "Bakupost"a “Halal Food” MMC-dən dönər şişi üçün aldığı toyuq ətinin keyfiyyətsiz olduğunu, məhsulun içində yad cisimlər aşkarladığını bildirmişdi. O, ümumilikdə 40 kiloqram əti yararsız olduğu üçün tulladığını, şirkətin isə dəymiş zərəri qarşılamadığını iddia etmişdi.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar