Ru
19:07 / 16 Aprel 2026

Dövlət Məşğulluq Agentliyi beynəlxalq müsabiqədə xüsusi mükafatlara layiq görüldü

Dövlət Məşğulluq Agentliyi beynəlxalq müsabiqədə xüsusi mükafatlara layiq görüldü
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ABŞ-nin “Global Tech Awards” beynəlxalq müsabiqəsində 2 nominasiya üzrə uğur qazanıb.


Bakupost.az xəbər verir ki, müsabiqədə Agentliyin “Məzunların məşğulluq reytinqi” platforması və qurumun məşğulluq sahəsində həyata keçirdiyi rəqəmsal layihələri “Təhsil texnologiyaları” və “Dövlət texnologiyaları” kateqoriyaları üzrə xüsusi mükafatlara layiq görülüb.

https://www.globaltechaward.com/winners?c=6389da74ad5492e1a64d7cb2

Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Avstraliya, Türkiyə, Belçika və digər ölkələrin dövlət və özəl qurumları da iştirak ediblər.

“Global Tech Awards” innovasiya, yaradıcılıq və texnoloji nailiyyətləri rəhbər tutaraq, qlobal miqyasda müstəsna texnoloji həlləri müəyyən edən nüfuzlu beynəlxalq platformadır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar