Ru
11:18 / 10 Oktyabr 2025

Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır

Dövlət qurumlarının ötür-ötür oyunu - Sakinlər narazıdır
Eye

Təbriz və Mirzə Qədim İrəvani küçələrinin kəsişməsindəki dəmir məhəccərin qırılması və illərdir bərpa edilməməsi sakinlərin narazılığına səbəb olub.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə bildirilib.

Sakinlərdən biri qeyd edib ki, o, məhəccərin bərpası ilə bağlı “ASAN müraciət” portalı vasitəsilə Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edib. Lakin hər üç qurum problemin həllinin onların səlahiyyətinə aid olmadığını bildirib.

Digər bir sakin isə bildirib ki, məhəccərin bu vəziyyətdə qalması artıq uzun müddətdir davam edir:

“Təxminən il yarım əvvəl həmin yerə avtomobil çırpılmışdı. O vaxtdan bəri məhəccər bu vəziyyətdə qalıb”, - deyə o qeyd edib.

Sakinlər bildirirlər ki, məhəccərin bərpa olunmaması piyadaların həyatı üçün ciddi təhlükə törədir.

Lalə Novruz, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar