Ru
17:44 / 26 Aprel 2019

"Pul tapmırdım, elan verib böyrəyimi satdım" - ÜRƏK AĞRIDAN İFADƏLƏR DRAM DAVAM EDİR:

3339
 

Orqan alverində təqsirləndirilən Vahib Xudadatovun məhkəməsi davam edib.


Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş Elvin Məmmədov ifadə verib. O deyib ki, ehtiyacı olduğundan böyrəyini satışa çıxarıb: ""Moyka”da işləyirdim. Orda bir hadisə baş vermişdi. Bu səbəbdən 5 min 500 manat pul verməli idi. Müdir əvəzimə vermişdi, əvəzində sənədlərimi almışdı. İmkanım yox idi. Evin karayə pulunu belə ödəyə bilmirdim. Borcum 3 min manatı keçmişdi. Heç gündəlik xərclərimə də pul tapa bilmirdim. Həyat yoldaşımla məsləhətləşdim ki, elan verib böyrəyimi satım. Həyat yoldaşım buna razı olmadı. İnternetdə böyrək elanları gördüm və zəng elədim. Vahib Xudatovla tanış oldum. 10 min manata razılaşdıq. Sonra gedib Bakıda klinikada qan analizi verdim. Məlum oldu ki, köçürmənin mümkün olub-olmadığının müəyyənləşdirilməsi üçün İrana getməliyəm. Dedim ki, mənim sənədlərimi müdir alıb. Bu zaman Vahib müdürə 500 manat verərək sənədləri aldı. Müdirimlə danışdıq ki, 5 min manatı yaxın günlərdə çatdıracağıq. Sabahı gün analiz üçün İrana getdik. Orda müayinədən keçdik. Bir neçə gün sonra Tbilisiyə getdim. Mən orda olan zaman Vahib 9 min 200 manat pulu yoldaşıma verib”.


Zərərçəkən təqsirləndiriləndən şikayətçi olmayıb: "Börəyimi  pula ehtiyacım olduğundan, könüllü şəkildə satmışam”


Prosesdə şahid qismində Şahmar Əsədov dindirilib. O, böyrək aldığını deyib: "Böyrəyimdə problemlər vardı. Ara-sıra Bakıya gəlib, burada müayinə və müalicələrdən keçirdim. Həmin vaxtı  iranlı həkim Mohsen Tahirini tanıdım. O, mənə böyrək tapacağını, əməliyyatı da etdirəcəyini dedi. Donorun tapılmasından tutmuş, əməliyyatın həyata keçirildiyi Düşənbə şəhərinə təyyarə biletləri, orada otel xərclərinə qədər bütün işləri də o, öz boynuna götürdü. Bundan ötrü ona 30 min dollar pul verdim”.


Proses mayın 6-da davam edəcək. 


Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.


Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.


Cinayət işində 27 zərərçəkmiş var.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər