“Yelkənli otel” kimi tanınan məşhur Dubay simvollarından biri olan "Bürc Ərəb" bərpa işləri üçün bir il yarım müddətinə bağlanır.
Bakupost.az xəbər verir ki, bu barədə idarəedici “Jumeirah Group” məlumat yayıb.
“25 ildən artıq müddətdə qonaqları qəbul etdikdən sonra "Bürc Ərəb"də mərhələli və diqqətlə planlaşdırılmış bərpa proqramına başlanılacaq. Bu, son deyil, əksinə, bu simvolik obyektin gələcək nəsillər üçün qorunmasına həsr olunmuş düşünülmüş bir fasilədir”, - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, Yaxın Şərqdə müharibə başlayandan sonra Dubay və digər əmirliklər İran dronlarının hücumlarına məruz qalıb. Hücumlardan biri "Bürc Ərəb" otelinə də təsir edib. Döyüşlərin ilk günü — 28 fevral tarixində dron qalıqlarının düşməsi nəticəsində otelin fasadında yanğın baş verib.