Ankarada keçirilən 36-cı NATO Liderlər Zirvəsi çərçivəsində, Prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Emine Ərdoğanın ev sahibliyi ilə Beştəpə Prezident Kompleksində mütəffiqlərin dövlət və hökumət başçıları şərəfinə verilən rəsmi şam yeməyinin tam menyusu mətbuatda dərc olunub.
Bakupost xəbər verir ki, başlanğıc yemək kimi Daş soba pidesi (Trabzon kərə yağı və Hizan karakovan balı ilə), Zeytun yağlı tərəvəz sote (Yanıq Dənizli qatığı ilə), Ara İstiKayseri mantısı (Yanıq Dənizli qatığı və hisə verilmiş Ayaş tomat pastası ilə) təqdim edilib.
Ana yeməyə isə seçimdən asılı olaraq, dəniz levreyi və ya zəif odda bişmiş dana qabırğası daxil edilib.
Desert üçün antek püstəsi köpüyü, maraş dondurması və berqamot ilə südlü Nuriye paxlavası servis olunub.
Asena,
BakuPost

