Ru
11:54 / 15 Oktyabr 2025

Əflatun Amaşova yeni vəzifə verildi

Əflatun Amaşova yeni vəzifə verildi
Eye

Rəsmi dövlət qəzeti “Xalq qəzeti”ndə struktur dəyişikliyi olub.

Bakupost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, mətbu orqanda direktor vəzifəsi yaradılıb.

Həmin vəzifəyə qəzetin baş redaktoru Əflatun Amaşov təyinat alıb.

O, bundan sonra “Xalq qəzeti”nin həm direktoru, həm də baş redaktoru vəzifəsini daşıyacaq.

Qeyd edək ki, “Xalq qəzeti”nin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsidir.

Ə.Amaşov 26 aprel 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1985-1994-cü illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, Baş redaktor və Baş direktorun birinci müavini vəzifələrində çalışıb. 2003-cü ildən Mətbuat Şurası İdarə Heyətinin sədridir. V çağırış Milli Məclisin deputatı olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar