Ru
19:16 / 27 Fevral 2026

Əfqanıstan Pakistan ərazilərini işğal edir: Regionda nə baş verir?

 Əfqanıstan Pakistan ərazilərini işğal edir: Regionda nə baş verir?
Eye

Pakistan və Əfqanıstan arasında vəziyyət gərginləşib. Sərhəd bölgəsində başlayan silahlı toqquşmalar qısa müddətdə daha da genişlənib.

Məlumatlara görə, Taliban qüvvələri Pakistan ərazisində yerləşən bir hərbi bazanı və 19 sərhəd-keçid məntəqəsini nəzarətə götürüb. Həmçinin Pakistan Hərbi Hava Qüvvələrinə məxsus bir qırıcı təyyarənin vurulduğu bildirilir.

Pakistanın müdafiə naziri Məhəmməd Xavaca Asif sosial şəbəkədə paylaşdığı açıqlamada Talibanı sərt tənqid edib. O bildirib ki, Taliban Əfqanıstanı sabit və təhlükəsiz ölkəyə çevirmək əvəzinə, terror qrupları üçün sığınacaq halına gətirib. Nazir eyni zamanda Talibanı Hindistanın maraqlarına xidmət etməkdə ittiham edib.

Onun sözlərinə görə, Pakistan uzun illər milyonlarla əfqana sığınacaq verib və problemi diplomatik yollarla həll etməyə çalışıb. Amma hazırkı vəziyyətdə rəsmi İslamabad artıq açıq qarşıdurma mərhələsinin başladığını bəyan edir.

Hazırda bölgədə gərginlik davam edir. Bəs bu gərginliyin səbəbləri nələrdir? Hazırda vəziyyət necədir? Müharibə nə iləneticələnəcək?

Gülsüm,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar