Ru
22:21 / 21 Avqust 2026

Əfsanəvi cütlük 11 il sonra yenidən bir serialda yan-yana gəlirlər

Əfsanəvi cütlük 11 il sonra yenidən bir serialda yan-yana gəlirlər
Eye

Kenan İmirzalıoğlu və Bergüzar Korel “Karadayı” serialından tam 11 il sonra “A.B.İ. (Aile Bir İmtihandır)” serialının heyətində bir araya gəliblər.


"Bakupost" xəbər verir ki, ilk mövsümdə əsas aktyor heyətində yer alan Afra Saraçoğlunun hekayə gedişatına uyğun olaraq serialdan ayrılmasından sonra baş rol üçün Bergüzar Korel ilə rəsmi razılıq əldə olunub.


Korel serialda Kenan İmirzalıoğlunun canlandırdığı Doğan obrazının keçmişindən gələn və onunla dərin bağları olan köhnə tanışını canlandıracaq.

Yeni mövsümdə təkcə baş rol deyil, yaradıcı heyət də yenilənib. Serialın ssenarisini bundan sonra Ertan Kurtulan yazacaq. Rejissor kürsüsündə isə Yağız Alp Akaydın əyləşəcək.

Hər hansı problem yaranmasa, OGM Pictures imzalı layihənin ikinci mövsümünün çəkilişlərinə avqustun 22-də başlanacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar