Almaniyadan İstanbula istirahətə gələn Böcək ailəsinin Ortaköydə yediyi yeməklərdən sonra 3 nəfərin həyatını itirməsi hər kəsin beynində eyni sualı yaradıb: Küçədən nə yemək olmaz?
Professor Kaan Yılancıoğlu küçədən alınması ən riskli 10 qidanı və səbəblərini açıqlayıb.
Bakupost.az Musavat.com-a istinadla həmin qidaları təqdim edir:
1.Açıq şəkildə satılan midyə;
Qum, bakteriya, ağır metallar… Qida zəhərlənmələrinin böyük hissəsi buradan qaynaqlanır.
2.Küçədə bişirilən kokoreç;
Temperatur nəzarəti yoxdursa, salmonella və kampilobakteriya üçün ideal şəraitdir.
3.Doğranmış meyvə;
İstifadə edilən bıçaq və suyun təmizliyi bilinmir.
4.Açıq havada qalan souslar (mayonez, ketçup);
İsinmiş souslar toksin istehsal edən bakteriyalar üçün əlverişlidir.
5.Uzun müddət açıq havada saxlanılan balıq-sendviç;
Balıq + isti hava = histamin zəhərlənməsi riski.
6.Küçədə qızardılan kartof və ya börək;
Yağın neçə dəfə istifadə edildiyi bilinmir.
7."Buxarı çıxmayan", yəni yetərincə bişməmiş dönər;
Ət kifayət qədər qızdırılmayıbsa, E.coli təhlükəsi var.
8.Yuyulmamış göyərti ilə hazırlanan tost, sendviç və salatlar;
Su mənbəyi şübhəlidirsə, parazit riski yüksəkdir.
9.Açıq şəkildə satılan südlü şirniyyatlar;
Süd + isti hava = qida zəhərlənməsinin "şahı".
10.Mənşəyi bilinməyən şərbətli şirniyyatlar;
Şərbət saatlarla açıq havada qalır - bu isə bakteriyalar üçün ideal çoxalma mühitidir.