Ru
15:41 / 03 İyul 2026

Əhməd Şaradan sürpriz addım: Məşhur aktrisa parlamentdə

Əhməd Şaradan sürpriz addım: Məşhur aktrisa parlamentdə
Eye

Suriya prezidenti Əhməd Şara məşhur aktrisa Rozina Lazikanini ölkənin keçid parlamentinə təyin edib.

“Bakupost” xəbər verir ki, 36 yaşlı aktrisa 210 yerlik parlamentdə prezident tərəfindən seçilən 70 nəfərdən biri olub.

Məlumata görə, Lazikani daha çox “Al-Hayba” serialındakı rolu ilə tanınır və siyasi təcrübəsinin olmaması bu təyinatı diqqət mərkəzinə gətirib.

Siyahıya həmçinin müharibə qurbanlarının yaxınları və keçmiş siyasi məhbuslar da daxil edilib.

Yeni tərkibdə 70 təyin olunan şəxsdən 15-i qadındır. Bununla da parlamentdə qadınların ümumi sayı 21 nəfərə yüksəlib.

Bahar Babaşova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar