Ru
14:00 / 24 Noyabr 2025

Eks prezidentin oğlu saxlanıldı – Dövlət çevrilişində ittiham olunur

Eks prezidentin oğlu saxlanıldı – Dövlət çevrilişində ittiham olunur
Eye

Ötən gün Bişkek şəhərinin Pervomaysk rayon məhkəməsi parlament seçkilərindən sonra kütləvi iğtişaşların hazırlanmasında şübhəli bilinən bir qrup şəxs barəsində Qırğızıstan Daxili İşlər Nazirliyinin İstintaq Xidmətinin vəsatətini təmin edib.

Bakupost.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, saxlanılan şəxslər barələrində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında sabiq prezident Almazbek Atambayevin kiçik oğlu Kadyrbek Atambayev, “Sosial-demokratlar” siyasi partiyasının üzvləri, həmçinin keçmiş deputatlar və sabiq dövlət məmurları var.

“Sosial-demokratlar” siyasi partiyasının lideri Temirlan Sultanbekov, eyni partiyanın üzvü Kadyrbek Atambayev və sabiq deputat Kubanıçbek Kadırov Qırğızıstan Respublikasının Cinayət Məcəlləsinin 326-cı maddəsi — “Hakimiyyətin zorla ələ keçirilməsi” ilə ittiham olunurlar. Digər yeddi nəfər isə zorakılıq, qarətlər, əmlakın məhv edilməsi və atəşli silahdan istifadə olunan kütləvi iğtişaşların təşkilində şübhəli bilinir.

Bundan əvvəl xəbər verilmişdi ki, Qırğızıstan Daxili İşlər Nazirliyi seçkilərdən sonra kütləvi iğtişaşlar hazırlayan destruktiv qrupun fəaliyyətinin qarşısını alıb.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar