Ru
17:14 / 10 Noyabr 2025

Ekvador həbsxanasında qiyam – Məhbuslar 31 nəfəri edam etdi

Ekvador həbsxanasında qiyam – Məhbuslar 31 nəfəri edam etdi
Eye

Ekvador həbsxanalarındakı xaos və özbaşınalıq pik həddə çatıb. Ölkənin cənubundakı El Oro vilayətində yerləşən Maçala həbsxanasında cinayətkar qruplaşmalar arasında qiyam baş verib. Hadisə zamanı azı 31 məhkum ölüb, daha çox yaralılar var. Ölkənin penitensiar xidməti tərəfindən yayılan məlumata görə, ölümlərin 27‑si asılma nəticəsində baş verib.

Bakupost.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisənin səbəbi kimi, məhkumların yeni daha yüksək təhlükəsizliklik müəssisəsinə köçürülməsi qərarı göstərilir.

Qiyam əvvəlcə silahlı qarşıdurma ilə başlayıb. Həbsxana daxilində atəş səsi də eşidilib, partlayışlar baş verib və cinayətkar qruplar arasında zorakılıq pik həddə çatıb.

Ekvadorun həbsxana sistemi artıq bir neçə ildir ki, gərginlik içindədir. Həddindən artıq doluluq, idarəetmənin zəifliyi həbsxanaların narkotik kartelləri ilə əlaqəli qanunsuz silahlı qrupların nəzarəti altında olması bu vəziyyətə gətirib çıxarıb.

Prezident Daniel Noboa rəhbərliyindəki hökumət bu tip olayları dayandıracağını bəyan etsə də, son hadisə göstərir ki, təcili struktur dəyişiklikləri və təhlükəsizlik strategiyası olmadan böhranının qarşısını almaq mümkün deyil.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar