Bu gün Bakı-Astara avtomobil yolunun Ələt qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, “Şaqman” markalı yük maşını ilə “Qazel” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb.
Yaralılardan biri – 1997-ci il təvəllüdlü Sənur Ağayevin vəziyyəti xüsusilə ağırdır. Onun ciddi bədən xəsarətləri aldığı, bir qolunun amputasiya olunduğu bildirilir.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları və yol polisi əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azər
Baku Post