Ru
21:48 / 08 Aprel 2026

Elnarə Abdullayeva qalmaqallı açıqlamasını təkzib etdi: “Yəni, o qədər düşüncəsizəm?..”

Elnarə Abdullayeva qalmaqallı açıqlamasını təkzib etdi: “Yəni, o qədər düşüncəsizəm?..”
Eye

Yəni, mən nə qədər düşüncəsiz, nə qədər cəmiyyətdən və internet əsrindən xəbərsiz ola bilərəm ki, deyim qadının sosial şəbəkədə nə işi var?”

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu sözləri əməkdar artist Elnarə Abdullayeva “Günorta efirdə” verilişində qadınlarla bağlı səsləndirdiyi qalmaqallı açıqlamasına aydınlıq gətirərkən deyib.

Müğənni bildirib ki, onun sözləri düzgün anlaşılmayıb:

“Orada sadəcə evdə olan adi bir qadından söhbətdən gedirdi. Yəni, söhbət gənc qız və oğlanların ailə qurmaqdan uzaq düşməsindən düşdü. Bu mövzuda aralarında yaranan söz-söhbətlərdən danışdıq. Hansı ki, bu söz-söhbətlər də əsasən sosial şəbəkələr üzərindən yaranır”.

Elnarə Abdullayeva onu tənqid edənlərə də səslənib:

“Bir sözün "arxa" və "qabaq" tərəfinə baxmadan necə fikir bildirə bilərsən? Əgər qarşına məqsəd qoymusan ki, mütləq fikir bildirməlisən, heç olmasa verilişə yenidən bax”.

Xatırladaq ki, bir neçə gün öncə əməkdar artist Elnarə Abdullayeva efirdə səsləndirdiyi fikirlərlə ciddi müzakirələrə səbəb olub.

O, qadınların sosial şəbəkələrin “hekayə” bölməsində öz fotolarını paylaşmasını doğru hesab etmədiyini bildirib:

“Bacım mənə bir şəkil göstərdi. Başıbağlı bir xanım statusunda fərqli şəkillərini paylaşmışdı. Tutaq ki, Gülnarə xanımın həyat yoldaşı sənin elə şəklini niyə görməlidir? Mən kişi olsaydım, bunu qəbul etməzdim. Sən xanımsan, TikTok-da nə işin var?”

Bu fikirlər sosial şəbəkələrdə geniş rezonans doğurub, sənətçi həm tənqid, həm də sərt reaksiyalarla üzləşib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar