İranın xarici işlər naziri Abbas Əraqçının impiçmenti ilə bağlı qanun layihəsi ölkə parlamentində qeydiyyata alınıb.
“Bakupost” xəbər verir ki, bu barədə İran parlamentinin rəyasət heyətinin üzvü Məhəmməd Rəşidi məlumat verib.
O bildirib ki, parlament üzvlərindən biri impiçment qanun layihəsini qeydiyyata alıb, lakin sənəd hələlik parlamentin rəyasət heyətinə təqdim edilməyib.
Qeyd edək ki, Əraqçı BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı vasitəçilər vasitəsilə Amerika tərəfi ilə icazəsiz danışıqlar aparmaqda ittiham olunur.
Rüfət Sultan,
BakuPost