Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövcud gərgin geosiyasi vəziyyətdə X hesabındakı son paylaşımı maraqla qarşılanıb.
Bakupost.az Globalinfo.az-ya istinadən xəbər verir ki, o, paylaşımda “Türkiyə artıq əvvəlki Türkiyə deyil, hər kəs hesab-kitabını buna görə etsin” yazıb.
Türkiyə liderinin bu paylaşımı İranın ikinci raket hücumundan sonra etməsi diqqət çəkib.
Qeyd edək ki, martın 9-da NATO bazasının ikinci raket hücumunu da zərərsizləşdirilməsindən sonra bu gün Türkiyə Milli Müdafiə Nazirliyi Malatyada müdafiə məqsədilə “Patriot” sistemlərinin yerləşdirildiyini açıqlayıb.