Ru
13:47 / 10 Mart 2026

Xameneinin cangüdəni və xüsusi köməkçisi öldürüldü

Xameneinin cangüdəni və xüsusi köməkçisi öldürüldü
Eye

Uzun müddət İranın keçmiş ali rəhbəri Əli Xameneinin cangüdəni olmuş Məhəmməd Rza Səqafifər martın 30-da ABŞ və İsrailin ölkə liderinin Tehrandakı iqamətgahına hücumu zamanı öldürülüb.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İran agentliyi Səqafifəri “Xameneini xüsusi köməkçisi” kimi də təqdim edib. Bütün səfər və tədbirlərdə onun həmişə Xameneinin yanında və ya arxasında dayandığı, keçmiş ali rəhbərin etibarlı adamlarından biri olduğu bildirilib.

Səqafifərin dəfn mərasimi martın 7-də Xorasan əyalətinin Başruyə şəhərində keçirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar