SSRİ Əməkdar artisti, Azərbaycanın tanınmış opera ifaçısı və aktrisası Sona Aslanovanın məzarından yayılan video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, paylaşılan görüntülərdə sənətkarın məzarının baxımsız vəziyyətdə olduğu diqqət çəkib. Kadrlarda məzar ətrafının səliqəsiz görünməsi və lazımi qayğı göstərilməməsi narazılığına səbəb olub.
Sosial media istifadəçiləri Azərbaycanın tanınmış sənətçilərindən biri olan Sona Aslanovanın xatirəsinə daha çox diqqət yetirilməli olduğunu bildiriblər. Bəzi şəxslər isə belə sənətkarların məzarlarının qorunmasının və baxımının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Sona Aslanova Azərbaycan opera sənətinin tanınmış simalarından biri olub və uzun illər səhnədə uğurlu fəaliyyəti ilə yadda qalıb. Onun sənət irsi bu gün də musiqisevərlər tərəfindən hörmətlə xatırlanır.