Ru
15:33 / 10 Mart 2026

İranda varislik qalmaqalı

İranda varislik qalmaqalı
Eye

İran parlamentinin (Məclis) radikal qanadının tanınmış simalarından olan Həmid Rəsai martın 8-də Müctəba Xameneyinin yeni Ali Rəhbər elan edilməsinə qarşı kəskin tənqidlərlə çıxış edib.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, Rəsai mərhum Əli Xameneyinin oğlunun bu vəzifəyə gətirilməsini "gülünc" adlandıraraq, onun dövlət idarəçiliyində lazımi təcrübəyə malik olmadığını bildirib.

Rəsai vurğulayıb ki, ölkənin ən yüksək məqamında oturan şəxs mütləq icraedici hakimiyyət sahəsində real təcrübəyə malik olmalıdır. Müctəba Xameneyinin indiyədək heç bir rəsmi dövlət vəzifəsi tutmadığını xatırladan deputat, "Liderin icra işi təcrübəsi olmalıdır... Necə ola bilər ki, liderin oğlu birbaşa onun varisi olsun? Bu, gülüncdür", — deyə etirazını bildirib.

Parlamentdəki bəzi tənqidçilər həmçinin Müctəba Xameneyinin kifayət qədər yüksək dini rütbəyə (ayətullah statusuna) malik olmamasını və orduda rəhbər vəzifələrdə çalışmamasını əsas gətirərək, onun Ali Baş Komandan səlahiyyətlərini icra edə bilməyəcəyini iddia edirlər.

Xəbər verilir ki, Müctəba Xameneyinin təyinatı Ekspertlər Şurası tərəfindən müharibə şəraitində və SEPAH-ın güclü təzyiqi altında elan edilib. Lakin Rəsai kimi "Paydari" (Sabitlik) cəbhəsinə yaxın fiqurların etirazı, yeni liderin legitimliyinin daxili auditoriyada hələ uzun müddət müzakirə olunacağından xəbər verir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar