Ermənistan əriyini Türkiyə, Özbəkistan və Tacikistan, albalıları isə Özbəkistan, Azərbaycan, Türkiyə və Moldova meyvələri ilə əvəz etmək olar.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu fikirləri Rusiya Qida İstehsalçıları Assosiasiyasının ("Rusprodsoyuz") idarə heyətinin sədr müavini Dmitri Leonov "TASS"-a bildirib.
Daha əvvəl Rosselxoznadzor 2 iyun 2026-cı il tarixindən etibarən Ermənistandan albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və üzüm idxalına müvəqqəti məhdudiyyətlər tətbiq ediləcəyini açıqlayıb.
Leonov bildirib ki, idxalçılar alternativ ölkələrdən tədarükləri artıra biləcəklər, çünki mövcud logistika sistemləri artıq müxtəlif təchizatçılar arasında keçid üçün optimallaşdırılıb.
Eyni zamanda, Ermənistan üzümünün tədarükü Türkiyə, Özbəkistan, Misir, Hindistan və Çindən, albalı Serbiya və Moldovadan, nektarinlər Türkiyə, Özbəkistan, Misir, Hindistan və Çindən, şaftalı isə Türkiyə, Azərbaycan, Özbəkistan və Gürcüstandan gətirilən tədarüklə əvəz edilə bilər.