Ru
21:25 / 15 Yanvar 2026

Ermənistana verilən məhkumlardan biri haqda açıqlama təəccübləndirdi

Ermənistana verilən məhkumlardan biri haqda açıqlama təəccübləndirdi
Eye

Bakıda əsirlikdən qayıdan Vigen Euljekjyanın səhhətində problemlər var.

Bakupost.az xəbər verir ki, bu iddia ilə diaspora işləri üzrə komissar Zareh Sinanyan çıxış edib.

Sinanyan bildirib ki, Vigenin belində problemlər var və boynu korsetdədir; gələcəkdə əməliyyat olunmalıdır. Amma əhval-ruhiyyəsi yaxşıdır, Ermənistanda olduğuna görə xoşbəxt və şaddır.

Qeyd edək ki, Azərbaycan ötən gün məhkumlar Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Euljekyanı Ermənistana təhvil verib. Onların səhhəti ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama yayıb və heç birinin ciddi sağlamlıq problemi olmadığını vurğulayıb.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar