Ru
18:03 / 22 Oktyabr 2025

Ermənistanda saxlanılanların sayı artdı

Ermənistanda saxlanılanların sayı artdı
Eye

Ermənistanda Gümrü meriyasının qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılanların sayı 37 nəfərə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qurumdan bundan öncə 33 nəfərin həbs oldunduğu bildirilmişdi.

İstintaq Komitəsinin məlumatına görə, 29 nəfərə qarşı kütləvi iğtişaşlar və ədalət mühakiməsinə mane olmaq maddələri ilə cinayət işi açılıb. Daha 10 iştirakçı ədalət mühakiməsinə mane olmaqda ittiham olunub.

Meriya qarşısında keçirilən etiraz aksiyası polislə toqquşma ilə müşayiət olunub, bundan sonra iştirakçılardan bəziləri saxlanılaraq istintaq üçün polis bölmələrinə aparılıb.

Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar