Ermənistan Konstitusiya Məhkəməsi "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə imzalanmış razılaşmaların ölkə Konstitusiyasına uyğunluğunu araşdırmağa başlayacaq.
"Bakupost" TASS-a istinadən xəbər verir ki, məhkəmə baxışının başlanması sentyabrın 15-nə təyin edilib.
Məhkəmə ABŞ və Ermənistan arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında sazişdə nəzərdə tutulan öhdəliklərin Konstitusiyaya uyğunluğunu qiymətləndirəcək. İş üzrə hakim Edqar Şatiryan məruzəçi təyin olunub. Proses yazılı formada keçiriləcək.
Qeyd edək ki, layihə 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra gündəmə gəlib. Sənəddə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması nəzərdə tutulur.