Ru
11:10 / 19 Noyabr 2026

Alim Qasımovun ifası GTA 6-da - VİDEO

Eye

Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın maraqlı ifası dünyanın ən məşhur videooyunlarından biri olan GTA 6-nın musiqi siyahısına daxil edilib.

"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, sənətçilərin Nelli Furtadonun məşhur "Say It Right" mahnısına muğam üslubunda verdikləri yeni nəfəs oyunun "Kaleidoscope FM" radiostansiyasında səslənəcək.

Sözügedən ifa bir neçə il əvvəl "Bizimkilər" layihəsi çərçivəsində təqdim olunub.

GTA 6-da yer alan "Kaleidoscope FM" müxtəlif ölkələrdən olan ifaçıların tanınmış mahnılara fərqli musiqi üslublarında hazırladıqları versiyaları bir araya gətirir. Alim və Fərqanə Qasımovaların ifasının da bu siyahıda yer alması Azərbaycan muğamının beynəlxalq auditoriyaya çatdırılması baxımından diqqət çəkir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar