Ru
13:54 / 28 Noyabr 2020

Erməni əsgərlər meyitlərin yanında yatır VİDEO

1694
Qarabağda xidmət edən erməni əsgərlərinin valideynləri Yerevanda növbəti etiraz askiyasına toplaşıb.

Erməni KİV-lərinin məlumatına görə, valideynlər Laçının yaxın günlərdə Azərbaycana qaytarılması ilə əlaqədar övladlarının tezliklə Ermənistana qaytarılmasını tələb edirlər.

Aksiya iştirakçıları tələblərinə cavab alanadək etirazları davam etdirəcəklərini bildiriblər.

Ötən gün etirazçılarla baş nazir Nikol Paşinyan arasında keçirilmiş görüş zamanı o, valideynlərə noyabrın 30-dək gözləməyi tövsiyə edib.

Aksiyadan sonra valideynlərdən biri Paşinyanın onunla aşağılayıcı tonda danışdığını bildirib:

“Narazı əsgər valideynləri olaraq Paşinyanla görüşdük. Dedim ki, baş nazir Qarabağda qalan hərbçilərimizlə bağlı real vəziyyəti bilmir. Köməkçiləri ona səhv məlumatlar verir.
Nikola 18-20 yaşlı çağırışçıların Ermənistanda xidmətlərini davam etdirmək üçün geri qayıtmasını tələb etdiyimizi, başqa istəyimizin olmadığını dedik. Ona əsgərlərini unutduğunu söylədim. Problem ondadır ki, əsgərlərimiz cəsədlərin yanında yerdə yatırlar. Baş nazir bizi yerləşdirmə məsələlərinin qısa müddətdə həll olunacağına inandırmağa çalışdı. Cavab verdim ki, mən buna inanmıram!"
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər