Ru
13:34 / 18 Dekabr 2025

Ermənistanın Azərbaycandan enerji asılılığı formalaşır – Natiq Cəfərli

Ermənistanın Azərbaycandan enerji asılılığı formalaşır – Natiq Cəfərli
Eye

Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılır. Belə ki, SOCAR-ın istehsal etdiyi Aİ-95 markalı benzinlə yüklənmiş 22 vaqon bu gün yola salınacaq.

Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Ermənistanla Azərbaycan arasında iqtisadi münasibətlərdə ən rahat, ən asan və tez həyata keçirilə biləcək məsələ enerji daşıyıcılarının ticarəti və tranzit keçidləridir:

“Azərbaycan üzərindən tranzit keçidləri artıq baş tutub. Taxılın Qazaxıstan və Rusiyadan Ermənistana çatdırılması baş tutdu. İndi isə neft məhsullarının satışı həyata keçirilir. Bundan sonra Ermənistana təbii qaz da satışı çox güman ki, baş tutacaq. Çünki artıq infrastruktur mövcuddur. Bu, ümumi sülh prosesinin möhkəmlənməsinə, kommunikasiyaların açılmasına, iqtisadi münasibətlərin yaranmasına müsbət təsir göstərir. Bundan başqa, Ermənistanın Azərbaycandan enerji məsələlərində müəyyən asılılıqları da yaranır ki, bu da Azərbaycan üçün çox yaxşı gedişatdır”.

Lalə Novruz, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar