Ru
17:10 / 10 Sentyabr 2022

Əvəz Zeynallı saxlanıldı - Cinayət işi açıldı - YENİLƏNİB

Əvəz Zeynallı saxlanıldı - Cinayət işi açıldı - YENİLƏNİB
Eye

“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının saxlanıldığı bildirilir.

Bakupost.az xəbər verir ki, bu barədə ictimai fəal İlkin Rüstəmzadə məlumat yayıb.

O qeyd edib ki, Baş Prokurorluğun əməkdaşları Əvəz Zeynallını saxlayıb və hazırda axtarış üçün onun ofisinə gedirlər.

Eyni zamanda,vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında Baş Prokurorluqdan vəkil olduğu üçün ofisinə axtarışa gəlməklə bağlı ona zəng gəldiyini yazıb.


***
17:10


“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı barəsində cinayət işi açılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildiriblər.

Qeyd olunub ki, hazırda istintaq hərəkətləri həyata keçirilir:

"Cinayət işi açılıb. Faktla bağlı araşdırmalar aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək", - deyə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Şərhlər
  • t.ədalət

    Əvəz Zeynallı,güman ki şərlənib.Onun rüqşvət alması inandırıcı deyil.Allah qapısını açsın.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar