Xəbər verdiyimiz kimi, Yasamalda baş verən yanğın zamanı bina sakinlərinin xəsarət alma riskini daha da artıran amillərdən birinin binanın yalnız bir giriş-çıxışının olması bildirilir.
Bakupost.az xəbər verir ki, sakinlərin dediyinə əsasən, digər qapı “Loft” restoranı tərəfindən nəzarətə götürülərək qapadılıb.
Onlar dəfələrlə aidiyyəti qurumlara şikayət etdiklərini desələr də, heç bir cavab almayıblar.