Ru
12:34 / 31 İyul 2022

Festival deyildi, “möhtəşəm” biabırçılıq idi - Telli Pənahqızı

17539
“Kaş ki, bütün gecəni yuxusuz qalıb bu boyda əziyyətlə o yolu getməyəydim. Dağlara- festivalın keçırildiyi məkana qədər uzanan o tozlu-torpaqlı yoldakı tıxacı görməyəydim, yuxarıda baş verən hərc-mərcliyin şahidi olmayaydım. Aylardan bəri çəkilən zəhmətin bu "möhtəşəm" biabırçılığın şahidi olmayaydım".

Bakupost.az xəbər verir ki, bunu telejurnalist Telli Pənahqızı deyib:
"Bilmədim bu festival idi, yoxsa ... Sonra nə istəsəniz yaza bilərsiz...

Gədəbəydə keçirilən festivalda iştirak etməmişdim.

Ancaq haqqında maraqlı və könülaçan rəylər yazmışdı həmkarlarım.

Hacıkənddə keçirilən 2- ci Yaylaq festivalına da elə bu təəssüratlara güvənərək yola çıxmışdım. Üstəlik də, özümlə bərabər Qərbi Azərbaycan İcmasının üzvlərindən bir neçə xanımı da həvəsləndirib aparmışdım.
Bir tərəfdən də, ağlımda uzun illər boyu qardaş Türkiyənin Bayburt şəhərində keçirilən Dədə Qorqud şölənlərinin, Yaylaq bayramının unudulmaz xatirələri, epizodları vardı.

Amma və lakin…
Bu festival deyildi...

Minlərlə insanın əsəbini korlayan, həyatını təhlükə altında qoyan, yağışlı havada, tufanlı gecədə onları təbiətin şıltaqlığı ilə üzbəüz qoyan, uşaqları, körpələri dağın başında, yağışın altında taleyin ixtiyarına buraxan təşkilatçıların yarıtmaz işi barədə daha geniş bir yazı olacaq."
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər