Ru
15:34 / 27 Sentyabr 2017

Genaraldan “Qarabağ” - “Roma” oyunu ilə bağlı açıqlama

Genaraldan “Qarabağ” - “Roma” oyunu ilə bağlı açıqlama
Eye

Bu gün Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın "Roma” klubu ilə qarşılaşacaq "Qarabağ”ın oyunu üçün Bakı şəhərində, xüsusən Bakı Olimpiya Stadionu ətrafında yüksək təhlükəsizlik tədbirləri görülüb.


 

BakuPost.az bizimyol.info-a istinadən xəbər verir ki, açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini polis general-mayoru Səhlab Bağırov bildirib.



O bildirib ki, Bakı Olimpiya Stadionuna getmək üçün müsusi ayrılmış avtobuslar(Metronun "Gənclik” və "Qara Qarayev” stansiyalarından)fəaliyyət göstərəcək.



"Olimpiya stadionuna şəxsi maşınlar və taksilər buraxılmayacaq. Tamaşaçılar xüsusi ayrılmış, pulsuz fəaliyyət göstərən avtobuslarla stadiona daxil ola biləcəklər. Üç mindən çox polis nəfəri təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün fəaliyyət göstərəcək. Tamaşaçılar çoxluğu nəzərə alıb oyunun başlanmasına 3 saat qalmış stadiona gəlsələr daha yaxşı olar.”



"Bir də xüsusi olaraq qeyd edim ki, oyuna xarici turistlər və qonaqlar da təklif buyuracaqlar. Tamaşaçılar narahat olmasınlar. Belə təcrübə artıq bizdə var. Bundan əvvəl Avropa oyunları vaxtı da belə olub. Biz biletlərin yoxlanmasına xüsusu ingilis dili kursları keçmiş polislər cəlb etmişik. Biletlər onlar tərəfindən yoxlanılacaq və çevik fəaliyyət göstərəcəklər.”

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar