Güney Azərbaycanın Mazandaran bölgəsində yerləşən Hirkan meşələrində yanğın artıq iki həftədən çox davam edir.
Bakupost.az Güney Azərbaycandakı mənbələrinə istinadən xəbər verir ki, dənizdən əsən güclü küləklər və quraqlıq yanğının sürətlə yayılmasına səbəb olub. Bölgəyə olan biganəlik və ekoloji nəzarətin zəifliyi nəticəsində yaranan fəlakətlə nadir bitki və heyvan növləri təhlükə altında düşüb.
Hirkan meşələri həm də Azərbaycanın tarixi və mədəni irsi hesab olunur.
***
Digər yanğın Güney Azərbaycandakı Culfa rayonunun Nəmənəq kəndi istiqamətində yerləşən dağlıq-meşəlik ərazilərdə yayılıb. Dünəndən başlayan və sürətlə yayılan alov nəticəsində bölgənin üzərində qalın tüstü dumanı yaranıb.
Kənd sakinləri gün boyu mübarizə aparsalar da, ərazinin keçilməzliyi və alovun genişliyi səbəbilə yanğını söndürmək mümkün olmayıb.
Məlumata əsasən, yerli sakinlər hadisə barədə bütün aidiyyəti qurumlara dəfələrlə məlumat versələr də, bu vaxta qədər rəsmi qurumlar tərəfindən heç bir müdaxilə aparılmayıb.
Ətraf mühitin mühafizəsi təşkilatından bildirilib ki, baş verən yanğını söndürmək üçün Türkiyə ilə əlaqə saxlanılıb. Qardaş ölkədən 2 təyyarə, 1 helikopter, xeyli yanğınsöndürən yardımı istənilib. Bu qüvvələr bu gün bölgəyə göndəriləcək.
Cavid, BakuPost