Ru
15:08 / 21 Mart 2026

Hacıbala Abutalıbov Bakıya qayıtdı

Hacıbala Abutalıbov Bakıya qayıtdı
Eye

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov bir müddət öncə köçüb getdiyi Qax rayonunun Ağçay kəndindən geri – paytaxta qayıdıb.


Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, sabiq mer dünən Bakıda görünüb.

Hacıbala Abutalıbovun paytaxta şəxsi məsələyə görə - sağlamlığındakı problemlə bağlı gəldiyi ehtimal olunur.

Sabiq merlə əlaqə saxlamağa cəhd edilsə də, Hacıbala Abutalıbov telefon zənglərinə cavab verməyib.

Xatırladaq ki, Hacıbala Abutalıbov artıq 3 ilə yaxındır ki, Qax rayonunun Ağçay kəndində yaşayır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar