Ru
12:47 / 20 Aprel 2026

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?
Eye

Azərbaycana iribuynuzlu ətlik heyvan idxalında birdən-birə kəskin azalma baş verib.

Bakupost.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilik iki ayında Azərbaycana xarici ölkələrdən 5 min 902 baş diri iribuynuzlu ətlik heyvanlar idxal olunub. İribuynuzlu ətlik heyvanların 1 105 başı Rusiyadan, 4 797 başı Gürcüstandan gətirilib.
Bu isə 2025-ci ilin anoloji dövrü ilə müqayisədə idxalda 2,8 dəfə azalma deməkdir.

Belə ki, ötən il Rusiyadan 9644 baş, Qazaxıstandan 2538 baş və Gürcüstandan 1839 baş olmaqla 14 min 21 baş iribuynuzlu ətlik heyvan idxal edilib.

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, mal-qara idxalının 2,8 dəfəyə qədər azalmasına bir neçə amil birlikdə təsir göstərib.

Ekspertə görə, ilk növbədə yerli damazlıq heyvandarlığın inkişafı xaricdın idxala ehtiyacı azaldıb:

“Rəsmi məlumatlara görə, intensiv damazlıq təsərrüfatlarının yetişdirdiyi heyvanların yerli fermer və ev təsərrüfatlarına satılması sisteminin qurulması ilə xaricdən damazlıq heyvan idxalının azalması planlaşdırılırdı. Görünür bu proses artıq əməli olaraq işə düşüb. Habelə son dövrlər bazarda yerli mal-qara daha aktiv şəkildə kəsilir, bu da idxala tələbatı azaldır”.

Mərkəz rəhbərinin sözlərinə görə, prosesə logistika, ölkənin ixrac siyasətindəki dəyişiklik də öz təsirini göstərə bilər:

“Bu məsələdə Qazaxıstanın idxal mənbəyi kimi tamamilə siyahıdan çıxması diqqəti çəkir. Ötən il Qazaxıstandan 2538 baş gətirilsə də, bu il rəqəmlər sıfırı göstərir. Bunun arxasında ya logistika, ya gömrük razılaşmaları, ya da o ölkənin ixrac siyasətindəki dəyişiklik dayana bilər”.

Həmsöhbətimiz məsələ ilə bağlı diqqət çəkən bir ziddiyyəti də xatırlatdı:

“Heyvandarlıq məhsulları istehsalı 2026-cı ilin yanvarında keçən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalıb. Yəni mal-qara idxalı azalıb, amma yerli istehsal da artmayıb, hətta bir qədər geriləyib. Bu o deməkdir ki, bazar boşluğu var və ət çatışmazlığı müəyyən dərəcədə qiymətlərə təzyiq göstərir”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar