Ru
14:15 / 07 Oktyabr 2026

Hörmüz boğazında gərginlik yenidən artır

Hörmüz boğazında gərginlik yenidən artır
Eye

İran son günlər Hörmüz boğazında tankerlərə qarşı hücumların sayını artırıb.

“Bakupost” xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları bu ay Hörmüz boğazında artıq 9 hücum qeydə alıb. Bu, sentyabr ayı ərzində Hörmüz boğazı və Fars körfəzində qeydə alınan ümumi hücumların yarısına bərabərdir.

Dəniz təhlükəsizliyi üzrə mütəxəssislər və gəmiçilik şirkətlərinin rəhbərləri hücumların artmasının boğazdan neft daşımalarına təsir edib-etməyəcəyinin hələlik məlum olmadığını bildirirlər.

Hücumların artmasına baxmayaraq, Hörmüz boğazından neft axını müharibədən əvvəlki səviyyələrə yaxınlaşıb. Gərginlik fonunda Brent neftinin qiyməti 0,8% artaraq bir barel üçün 101 dolları keçib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar