Ru
10:58 / 25 Aprel 2019

“İçərişəhər” qoruğu yayılan fotolara cavab verdi

3040
 

"İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu sosial şəbəkələrdə Qala divarlarının sökülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib.


BakuPost.az xəbər verir ki, "İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov qeyd olununları təkzib edərək ərazidən videogörüntü yayıb. O bildirib ki, qeyd olunan iaişə obyektlərinin tikintisi zamanı divardan aralı beton platformalar hazırlanıb:


"Beton platforma qala divarlarından aralı düzəldilib ki, divara maneə törətməsin və ya divara müdaxilə olunmasın. Əvvəllər restoranlar qala divarına söykənirdi, indi isə ondan tam aralıdır. Konstruksiya işlərində əsas məqsəd, divara söykənən tikililərin divardan ayırmaq, yerində daha müasir tikilər inşa etməkdir.


İçərişəhər həmçinin böyük bir turizm obyektidir. Belə şəhərlərdə kafe və restoranların açılması dünya təcrübəsinə tam uyğundur.


Daş-kərpicsiz, divardan aralıqda 10 ilə yaxın mövcud olan və nədənsə orada səhər yeməkləri yeyən zaman Qala divarları heç yadlarına düşməyən bəzi şəxslərin irad tutduğu kimi yox, yüngül metal konstruksiyalardan ibarət kafe-terraslar yığılır və heç bir abidəyə zərər yetirmir.


İnanmıram ki, bu absurd iradları səsləndirən insanlar indidə baxıb sakitləşsin, amma bir şey aydındır ki - "İçərişəhər” DTMQ İdarəsi öz rəsmi mövqelərini həmin şəxslərdən fərqli olaraq yalnız düzgün faktlar əsasında, hansısa uydurmalar əsasında bildirmir”.


R. Qasımov onu da qeyd edib ki, qala divarlarının uçurulması ilə bağlı paylaşılan şəkillər 2011-2012-ci illərə məxsusdur:


"Şəxsən özüm gündəlik baxış zamanı çəkdiyim şəkil və videoları da paylaşıram. Göründüyü kimi, hansısa şəxslərin uzun müddət öncə çəkdikləri şəkilləri paylaşmaqla guya hazırda Qala divarlarının sökülməsi barədə gülünc iradları tam əsassızdır. Buyurun, sizin istinad etdiyiniz 5-6 ildən çox vaxt öncə çəkilən şəkil yox, bu gün - 24 aprel 2019-ci ilin videogörüntülər”.

 

"Qafqazinfo"

 


 


 


 


 



 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər