Ru
19:35 / 23 İyun 2026

İki türk dövləti torpaq mübadiləsi etdi: Minlərlə insanın yaşadığı 2 kənd...

İki türk dövləti torpaq mübadiləsi etdi: Minlərlə insanın yaşadığı 2 kənd...
Eye

“Özbəkistan dövlət sərhədlərinin demarkasiyası çərçivəsində təxminən 2,5 min insanın yaşadığı iki kəndi Qırğızıstana təhvil verib”.


Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alagözov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Mətbuat katibinin sözlərinə görə, söhbət Çonqara və Taş-Tobo kəndlərindən gedir:

“Sözügedən yaşayış məntəqələri indiyə qədər Özbəkistanın Fərqanə vilayətinin tərkibində olub, orada məskunlaşan əhali isə etnik qırğızlardır. Həmin yaşayış məntəqələrinin əvəzində Qırğızıstan tərəfi Özbəkistan Respublikasına sərhədyanı zonada sahəcə eyni dəyərdə olan torpaq sahələri verib. Tərəflər arasında digər torpaq sahələrinin mübadiləsi də həyata keçirilib. Bu addım Batken vilayət mərkəzini Aydarkən şəhəri ilə birləşdirən yeni avtomobil yolunun tikintisi üçün zəruridir”.

Xatırladaq ki, Qırğızıstan və Özbəkistan hələ 2023-cü ildə ümumi sərhəd xəttinin delimitasiya və demarkasiyası prosesini başa çatdırıblar. Həmin müqavilənin nəticəsi olaraq Bişkekə təxminən 19 min hektar mübahisəli ərazi verilmiş, Daşkənd isə 4,5 min hektar ərazini, o cümlədən Kempir-Abad (Əndican) su anbarını öz nəzarətinə götürmüşdü. Razılaşmaya görə, ölkələr su anbarının ehtiyatlarını bərabər şərtlərlə idarə edirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar